Hüsnü Mübarəkin oğulları həbs edildilər

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğulları Ala və Camal növbəti məhkəməyədək həbs ediliblər
###reklam250###

"Qafqazinfo" "BBC"yə istinadən xəbər verir ki, onlar birja fırıldaqçılığında ittiham olunurlar. Eks-prezidentin oğulları ölkə rəhbərlinin və iri şirkətlərinin planlarına aid insayder məlumatların istifadəsində və saxta firmalar vasitəsilə birja əməliyyatları aparmaqda ittiham olunurlar.

Qardaşlar isə ittihamların heç biri ilə razılaşmayıb. Növbət i məhkəmə oktyabra təyin edilib.

pia.az