Atasını öldürüb yandırmaqda ittiham olunan oğula hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə, meyiti yandırmaqda ittiham olunan oğul - Bakı şəhər sakini 21 yaşlı Elməddin Əliyev və daha iki nəfər - 26 yaşlı Nəcməddin İsmayılov və əvvəllər məhkumluq həyatı yaşamış 42 yaşlı Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
###reklam250###

Prosesdə dövlət ittihamçısı çıxış edərək Vəlican Dadaşovun 20, Elməddin Əliyevin 19, Nəcməddin İsmayılovun isə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər məhkəmədə son söz söyləyiblər. Onlar qətli bir-birlərinin üstünə ataraq günahsız olduqlarını deyiblər. Daha sonra prosesdə hökm oxunub. Hökmə görə, Vəlican Dadaşov 19 il, Elməddin Əliyev 18 il, Nəcməddin ismayılov isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, bu səs-küylü qətl hadisəsi 2018-ci il yanvarın 31-də baş verib. Zirə qəsəbəsində oğul-Elməddin Əliyev iki tanışı (yaxud dostu) ilə əlbir olaraq atasını öldürüb, daha sonra tikiliyə od vuraraq meyitlə birlikdə yandırıblar.

İlkin dindirilmə zamanı E.Əliyev ifadəsində bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra qəsəbədə atasının qeyri-ənənəvi seksual oriyentasiyanı təmsil etdiyi barədə söhbətlər eşidib. Ailədəki bu rüsvayçılığı qanla yumaq qərarına gəlib. Atası haqqında bu məlumatları ona Vəlican Dadaşovun yanında Nəcməddin Ismayılov verib. Bundan sonra Vəlican Dadaşov belə adamın yaşamamalı olmadığı deyib. Qətli Vəlican Dadaşov icra edib.(virtualaz.org)

pia.az