Hərbi təlim keçirən ermənilər Azərbaycanın keçirdiyi hərbi təlimə qarşı çıxır

Emrənistan Xarici İşlər Nazirliyinin sözcüsü Tiqran Balayan Azərbaycanın bu yaxındlarda keçirəcəyi hərbi təlimlərlə əlaqədar növbəti dəfə beynəlxalq öhdəliklərini pozduğunu bəyan edib
###reklam250###

“Bu beynəlxalq hüquq normalarının növbəti dəfə pozulmasıdır. Müxtəlif qoşun növlərinin iştirakı ilə iri hərbi təlim keçirilir. Azərbaycan tərəfi bununla bağlı ATƏT ölkələrin məlumatlandırmalı idi”, - Tiqran Balayan bildirib.

Xatırladaq ki, bu ilin sentyabrın 17-dən 22-nə qədər Azərbaycan Silahlı Qüvvələri müxtəlif qoşun növlərinin iştirakı ilə iri miqyaslı operativ-taktiki təlimlər keçirəcək. Təlimlərə 20 mindən çox şəxsi heyət, o cümlədən 200 ədəd tank və digər zirehli maşınlar, 120 raket-artilleriya qurğusu, 10 qırıcı və bombardmançı təyyarə, hamçinin 20 ədəd müxtəlif məqsədli ordu aviasiyası cəlb olunacaq.(musavat.com)

pia.az