Qreminger: "Minsk qrupunun fəaliyyətini dəstəkləyirik"

"Biz ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik"

Bunu ATƏT-in Baş katibi Tomas Qreminger Bakıda jurnalistlərə açıqlamasında deyib.

Baş katib qeyd edib ki, vasitəçilər fəaliyyət göstərirlər, lakin münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyişə nail olunsun. (trend)

pia.az