Rusiya Dövlət Qvardiyasının rəhbəri müxalifətçi Navalnını duelə çağırdı

Rusiya Dövlət Qvardiyasının rəhbəri general Viktor Zolotov müxalif siyasətçi Aleksey Navalnıya videomüraciət ünvanlayıb
###reklam250###

Həmin videomüraciətdə V.Zolotov Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMB) bu yaxınlarda Dövlət Qvardiyasında baş alıb gedən korrupsiya halları ilə bağlı araşdırması barədə danışıb.

General Zolotov həmin araşdırmada göstərilən konkret faktlara toxunmadan elə birbaşa Navalnını təhqirə keçib.

Voktor Zolotov Putin rejminin məmurlarının şablon dili ilə rusiyalı müxalifətçinin və onun kimilərinin Qərbin, xüsusilə ABŞ-ın əmri ilə hərəkət etdiyini, Rusiyanı parçalamaq istədiklərini bildirib, üstəlik, işin içinə nədənsə Ukrayna prezidenti Pyotr Poroşenkonu da qatıb.

Daha sonra Viktor Zolotov Aleksey Navalnını əsl russayağı tərzdə hədələyib.

O, Navalnının təhqiqatında onu və ailəsini təhqir etdiyini söyləyərək, qədim ənənələrdə olduğu kimi onu ... duelə çağırıb.

“Cənab Navalnı, gəlin biz köhnə rus zabitlərinin bir sıra ənənələrini geri qaytaraq. Mən sizi sadəcə olaraq döyüşə çağırıram, harda istərsəniz, rinq, tatami, fərq etməz. Orada mən sizdən yaxşı döyülmüş yağlı tikələr düzəldəcəm”,- bu sözləri Rusiyanın Dövlət Qvardiyasınn komandanı, general olan bir adam söyləyir.

pia.az