Bu gün UEFA Millətlər Liqasında daha 7 oyun keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında II turun son görüşləri keçiriləcək
###reklam250###

Üçüncü oyun günündə 4 liqada 7 qarşılaşma nəzərdə tutulub.

A Liqasında 2-ci qrupun görüşündə İslandiya Belçikanı qəbul edəcək. İlk turda şimallılar İsveçrə ilə səfər matçında 0:6 hesabı ilə uduzub. Qolların hamısını "Qarabağ"ın qapıçısı Hannes Halldorsson buraxıb. Son dünya çempionatında bürünc medal qazanmış Belçika isə Millətlər Liqasında debüt edəcək.

4-cü qrupda İspaniya Xorvatiyanı qəbul edəcək. Pireneylilər ilk turda İngiltərəni 2:1 hesabı ilə yenib. Xorvatiya isə Millətlər Liqasında ilk görüşünü keçirəcək.

B Liqasında cəmi bir oyun olacaq. 3-cü qrupda Bosniya və Herseqovina yığması Avstriyanı qəbul edəcək. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi komanda ilk turda səfərdə Şimali İrlandiyaya qalib gəlib - 2:1. Avstriya isə ilk dəfə bu gün meydana çıxacaq.

C Liqasında hər iki oyun 2-ci qrupa təsadüf edəcək. Finlandiya Estoniyanı, Macarıstan Yunanıstanı qəbul edəcək. İlk turda Finlandiya evdə Macarıstana, Yunanıstan səfərdə Estoniyaya minimal hesabla qalib gəlib - 1:0.

Nəhayət, D Liqasının 2-ci qrupunda Moldova doğma meydanda Belarusla, San Marino isə Lüksemburqla üz-üzə gələcək. Belarus ilk turda San Marionu 5:0, Lüksemburq isə Moldovanı 4:0 hesabı ilə darmadağın edib.

UEFA Millətlər Liqası, II tur

A Liqası

2-ci qrup

İslandiya - Belçika

4-cü qrup

İspaniya - Xorvatiya

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina - Avstriya

C Liqası

2-ci qrup

Finlandiya - Estoniya

Macarıstan Yunanıstan

D Liqası

2-ci qrup

Moldova - Belarus

San Marino - Lüksemburq

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

pia.az