Millimizin ikinci sınağı

UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir
###reklam250###

Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşacaq.

Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə sevincini yaşamağı hədəfləyib. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3 hesabıyla uduzub.

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Farer adaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası

D Liqası, 3-cü qrup

10 sentyabr

22:45. Malta - Azərbaycan

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar

Dördüncü hakim: Aleksandar Cikanoviç

Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).

Ta Qali. Milli stadion.(Milli.Az)

pia.az