Kabildə partlayış nəticəsində 7 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin özü partlatması nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb
###reklam250###

Bu barədə yerli polisə istinadən 1TV kanalı məlumat yayıb.

Terrorçu motosikletlə gələrək Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun ölümünün 17-ci ildönümünə həsr olunmuş nümayiş iştirakçılarının arasına daxil olub və özünü partladıb.

Bildirilir ki, xüsusi xidmət oqanları terror aktı törədilənədək bir kamikadzeni məhv ediblər.(Report)

pia.az