Turist avtobusu dərəyə aşdı: 17 nəfər öldü, onlarla yaralı var

İndoneziyada ağır yol qəzası baş verib
###reklam250###

Hadisə Qərbi Yava əyalətinin Skabumi şəhərində qeydə alınıb.

Belə ki, turistləri daşıyan avtobusun 30 metr dərinliyindəki dərəyə aşması nəticəsində azı 17 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Xəbərdə qeyd olunub ki, avtobus "Catur Putra Group" və "Honda" şirkətlərinin əməkdaşlarını turistlər arasında populyar olan çaya aparırmış.

Qəzaya sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir.(Report)

pia.az