Simeonenin oğlu Argentina millisində debüt oyununda qol vurdu  

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni Simeone Argentina millisində debüt oyununda qol vurub  
###reklam250###

23 yaşlı hücumçu Qvatemala ilə yoxlama matçında (3:0) bir dəfə fərqlənib. O, 44-cü dəqiqədə qol vurub.

Qeyd edək ki, "Fiorentina"nun oyunçusu C.Simeonenin bu yay "Atletiko"nun transfer istədiyi iddia olunurdu.(Qol.az)

pia.az