Rusiyanın ən zəngin milyarderləri - Siyahıda azərbaycanlılar da var

Nüfuzlu “Forbes” jurnalı Rusiyanın 200 milyarderinin adını açıqlayıb
###reklam250###

Onların arasında Azərbaycan əsilli bir neçə milyarder də var.

“Lukoil” şirkətinin rəhbəri tanınmış iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq sərvəti ilə 4-cü yerdə qərarlaşıb.

Dağ yəhudiləri və biznes şərikləri olan Zaxar İliyev və Qod Nisanov 3,3 milyard dollarlıq sərvətləri ilə 36-cı və 37-ci yerləri paylaşıblar.

“Crocus Group”un rəhbəri Araz Ağalarov 1,8 milyard dollar dəyərində qiymətləndirilən sərvəti ilə 50-ci yerdə qərarlaşıb.

Bu siyahıda olan son azərbaycanlı isə 1,4 milyadr dollarlıq sərvəti ilə 69-cu yerdə qərarlaşan Fərhad Əhmədovdur.(modern.az)

pia.az