Maradona Meksika klubuna baş məşqçi təyin olunub

Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisi təyin edilib
###reklam250###

Bu barədə komandanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.

Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub. Argentinalı oranı apreldə tərk edib. Keçmiş futbolçu ondan sonra Belarus "Dinamo"sunun idarə heyətinin sədri olub.(report)

pia.az