“Kartofa 30% gömrük rüsumunun tətbiqinin iqtisadi əsasları yoxdur”

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdənin yazısını təqdim edir
###reklam250###

Dövlət Gömrük Komitəsinin xaricdən idxal olunan bəzi ərzaqlar məhsullarının gömrük rüsumunu artırması, ölkədə ərzağın qiymətinin qalxmasına və aztəminatlı ailələrin yaşayışına mənfi təsir göstərəcəkş

Xaricdən idxal olunan kartofa 30% gömrük rüsumunun tətbiqinin iqtisadi əsasları yoxdur. Ümumiyyətlə, ölkədə yetişdirilən məhsullar bölgələr üzrə ixtisaslaşıb.

Gömrük Komitəsi qeyd edir ki, yerli istehsalı inkişaf etdirmək üçün bu qərarı verib. Yalan danışırlar. Azərbaycanda kartofçuluq əsasən Gədəbəy-Tovuz regionunda inkişaf edib. Həmçinin bir qismdə Cəlilabadda yetişdirilir. Ona görə də Azərbaycanda kartof əkimi böyük ərazini əhatə etmədiyinə görə, burada daxili inkişafdan söhbət gedə bilməz. Sadəcə, Gömrük Komtəsində bəzi işbazlar, həmçinin ölkədə vətəndaşlar arasında narazılıq yaratmaq istəyən yuxarı eşalonda bəziləri belə bir qərarı veriblər.

Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək, xalqın ikinci çörəyi olan kartofa rüsum tətbiq etmək, yanlış qərardı. Bu bazarda qiymətlərin qalxmasına əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirəcək. Belə bir yanlış qərar ləğv edilməlidir.

pia.az