Kriptovalyuta bazarının həcmi 1 günə 17%-dən çox azalıb

Ötən gün qlobal kriptovalyuta bazarının həcmi 40 mlrd. ABŞ dolları azalaraq 200 mlrd. dollara düşüb
###reklam250###

Xarici mətbuat xəbər verir ki, azalmanın 17 mlrd. dollarlıq hissəsi 1 saat ərzində baş verib.

Hazırda isə bazarın həcmi 202 mlrd. dollardır.

Ucuzlaşma nəticəsində əksər altkoinlər illik minimumlarını yeniləyiblər. Məsələn, "Etherium"un qiyməti 20,4% azalaraq 225 dollara düşüb ki, bu da 2017-ci ilin sentyabr ayından bəri ən aşağı həddir. Bitkoin isə 13% dəyər itirərək hazırda 6 430 dollarlıq səviyyəsinə enib. Xatırladaq ki, hələ dünən onun qiyməti 7 400 dolları keçmişdi.

100 ən böyük kriptovalyutalardan heç biri “yaşıl zona”ya düşməyib, orta hesabla hamısı 20% dəyər itirib. Daha çox isə "Bytecoin" (-27%), "Pundy X" (-29%) və İOST(-28,4%) ucuzlaşıb. Daha az isə dəyər itirənlər isə "Dropil" (-9,89%), "Chainlink" (-6,51%), "Dogecoin" (-6,64%) və MOAC (-8,3%) olub.

Ekspertlərin fikrincə, yaxın vaxtlarda rəqəmsal pullarda ucuzlaşma davam edəcək. “United Traders”in analitik Aleksey Markov hesab edir ki, I kriptovalyutanın qiyməti 5 300-5 500 dollara belə enə bilər.(Report)

pia.az