MDB dövlət başçıları cinayətkarlıqla mübarizə tədbirlərini müzakirə edəcəklər- Düşənbədə

Sentyabrın 28-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası keçiriləcək
###reklam250###

Trend-in Tacikistan KİV-ə istinadən məlumatına görə, iclasın gündəliyi layihəsinə siyasi və humanitar sahədə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı 16 maddə daxil edilib.

Təhlükəsizliyin təmini ilə bağlı müzakirə olunacaq ən əhəmiyyətli sənədlərdən biri cinayətkarlığa qarşı birgə tədbirlər haqqında 2019-2023-cü illər üçün Dövlətlərarası Proqramdır.

Proqram transsərhəd cinayətin qarşısının alınması məqsədilə fəaliyyəti özündə əks etdirir. Xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə, insan alveri və qeyri-qanuni miqrasiya, həmçinin informasiya texnologiyaları sahəsində törədilən cinayətlərlə mübarizə tədbirlərini nəzərdə tutur.

###reklam250###

Bundan əlavə iclasda informasiya və elmi təminat sahəsində əməkdaşlıq, kadrların hazırlanmasında qarşılıqlı işbirliyi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına böyük diqqət yetiriləcək.

pia.az