Putinin köməkçisi: “Rusiyanın Ermənistana çox sualı var”

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya tərəfi Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi söhbət gözləyir
###reklam250###

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı Uşakov deyib: “Həm bizim tərəfimizdən, həm də ermənilər tərəfdən bir çox suallar yığılıb qalıb”.

Onun sözlərinə görə, Rusiya bütün məsələlər üzrə “açıq” söhbət gözləyir.

Qeyd olunur ki, Putin və Paşinyan Rusiya ilə Ermənsitan arasında müttəfiq münasibətlərinin əsas məsələlərini müzakirə etmək niyyətindədirlər.

##relatedPost##

Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Putin və Paşinyan sentyabrın 8-də Moskvada görüşəcəklər.

pia.az