Umka hamilə olması ilə bağlı xəbərə aydınlıq gətirdi  

Teleaparıcı Ümnisə Hacıyeva (Umka) hamilə olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
###reklam250###

Musavat.com xəbər verir ki, aparıcı qarnı şiş şəklini paylaşıb və dostlarının ona hamilə olması ilə bağlı ünvanlandığı suallara işarələrlə cavab verib. Onun bu addımı hamilə olması xəbərlərinin yayılmasına səbəb olub.

Daha sonra Umka şərh bölməsini bağlayıb və tezliklə yeni filmlə ekrana dönəcəyini, fotonun filmdən bir görüntü olduğunu qeyd edib.

Qeyd edək ki, heç vaxt ailəli olmayan Umka bir müddətdir Avstriyadadır. Onun əcnəbi sevgilisi olduğu deyilir.

pia.az