“Qarabağ” azarkeşlərinə görə cəzalandı - 1600 manat

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
###reklam250###

Yığıncaqda Topaz Premyer Liqasının III turunda qeydə alınan qayda pozuntuları ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan çempionu "Qarabağ" azarkeşlərinə görə cəzalanıb. "Neftçi" ilə oyunun 66-cı dəqiqəsində İnnosent Emeqaranın vurduğu bərabərlik qolundan sonra klubun azarkeşləri meydançaya kənar əşyalar atıblar. Klub buna görə 1600 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.(Milli.Az)

pia.az