Beyazdan “O səs Türkiyə” açıqlaması

Türkiyəli aparıcı Beyazıt Öztürk tətildən qayıdarkən hava limanında görüntülənib
###reklam250###

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavanlandıran aparıcı yeni mövsümdə “O səs Türkiyə”yə daxil olmasından danışıb.

O, "Bəzi mənbələr sizin Acun İlıcalını əvəz edəcəyinizi deyir" sualına "Ola bilsin, verilişin gedişatında bu baş versin. Amma hələ ki, proqrama münsif kimi dəvət olunmuşam" cavabını verib.

Beyazıt izləyicilərin onun musiqi haqda savadı olmadığı təqdirdə musiqili proqramda münsif kimi əyləşməsinin düzgün olmadığı haqda fikirlərə isə bunları deyib:

"Onu veriliş başlayandan sonra görəcəklər. Bir az gözlədikdən sonra fikir söyləmək lazımdır".

Qeyd edək ki, Öztürkün “O səs Türkiyə"nin hər bölümü üçün qazanacağı pul 100 min türk lirəsi (təxminən 28 min AZN) dəyərindədir.

pia.az