“Google” Trampa cavab verdi

“Google” şirkəti ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab verib
###reklam250###

Bu barədə “Reuters”in “Google” şirkətinin bəyanatına istinadən yaydığı məlumatda deyilir.

Şirkətdən bildiriblər ki, saytda axtarış nəticələri hansısa siyasi ideologiyanın xeyrinə dəyişdirilmir. Həmçinin vurğulanıb ki, axtarış sistemindən siyasi gündəliyin müəyyənləşdirilməsi üçün istifadə olunmur.

Qeyd edək ki, bir müddət öncə Tramp “Google” şirkətini haqqında ancaq pis xəbərləri yaymaqda ittiham etmişdi. (oxu.az)

pia.az