Azərbaycanda ilk DOST mərkəzinin açılış vaxtı açıqlandı

Azərbaycanda ilk Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzi cari ilin sonunadək açılacaq
###reklam250###

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, ilk DOST mərkəzinin Bakıda açılması nəzərdə tutulur, çünki paytaxda hər il daha çox müraciət qeydə alınır.

DOST mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara "bir pəncərə"dən operativ, sadələşdirilmiş prosedurlarla xidmətlər göstərəcək.(Trend)

pia.az