Nigeriya ABŞ-dan təyyarələrini tələb edir

Nigeriya Hava Qüvvələri komandanı Sadiq Əbubəkr ABŞ-dan alınan 12 ədəd “A-29 Super Tucano” tipli döyüş təyyarələrinin təhvil verilməsinin sürətləndirilməsini istəyib
###reklam250###

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, bu döyüş təyyarələrindən azı ikisinin tezliklə verilməsini tələb edib:

Sadiq Əbubəkr bildirib ki, Nigeriya təhlükəsizlik problemlərinin həlli üçün bu vacibdir.

Qeyd edək ki, Nigeriya təyyarələr üçün 400 milyon dollar ödəyib. “Boko Haram” terrorçu qruplaşmasına qarşı istifadə ediləcək təyyarələrin satışı, ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən Nigeriya ordusunda insan hüquqları pozuntularına görə təxirə salınmışdı.

“A-29 Super Tucano” hücum təyyarələri hazırda Afrikada Qana, Anqola, Burkina-Faso və Mavritaniyada istifadə olunur.

pia.az