Rauf Əliyev: "Yenidən milliyə dəvət aldığım üçün sevinirəm"

"Yenidən milliyə dəvət aldığım üçün sevinirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, etimadı doğruldum"
###reklam250###

Bu sözləri qol.az-a açıqlamasında "Qəbələ"nin hücumçusu Rauf Əliyev deyib. Qurban Qurbanovun UEFA Millətlər Liqasının D divizionunda Kosovo ilə ev, Malta ilə səfər oyunları üçün dəvət göndərdiyi futbolçular arasında Əliyevin də adı var. Sonuncu dəfə 2016-cı ilin oktyabr ayında Robert Prosineçkinin yığmaya çağırdığı təcrübəli forvard yenidən ölkənin 1 nömrəli komandasına qaydışı ilə bağlı təəssüratlarını bölüşüb:

"Millinin formasını yenidən geyinəcəyim üçün şadam. Uzun müddətdir yığmada çıxış etməməyimə baxmayaraq, inanıram ki, heç bir çətinlik olmayacaq. Hücum xəttindəki boşluğu doldurub-doldurmayacağımı zaman göstərəcək. Milliyə kömək etmək üçün bütün gücümlə çalışacağam".

Rauf Millətlər Liqasında gələn ay Kosovo və Malta seçmələri ilə keçiriləcək oyunlara da toxunub: "Asan oyunlar olmayacaq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Ancaq yaxşı nəticəyə ümid edirəm".

Qeyd edək ki, millimiz Kosovo ilə sentyabrın 7-də evdə, Malta ilə isə sentyabrın 10-da səfərdə üz-üzə gələcək.

pia.az