Azərbaycan və daha üç ölkə Köçəri Sivilizasiya Mərkəzi yaradırlar

Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə Köçəri Sivilizasiya Mərkəzi yaradırlar
###reklam250###

Qazaxıstan KİV-lərinin verdiyi məlumata görə, MKərkəz Bişkek şəhərində (Qırğızıstan) yerləşəcək.

Mərkəzin yaradılmasının məqsədi idman tədbirlər təşkil etmək, köçəri mədəniyyət ənənələri ilə hər bir xalqın və dövlətin irsini populyarlaşdırmaq və idman vasitəsilə inteqrasiyasını dərinləşdirmək və bununla da Türkdilli xalqlar və digər dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlıq sferasını dərinləşdirməkdir.

Mərkəzin rəhbəri Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının təqdimatı əsasında Türk Şurası Dövlət Başçıları Şurası tərəfindən təyin edilən və 4 il müddətinə seçilən prezident olacaq. O, ingilis əlifbasına uyğun olaraq rotasiya əsasında tərəflərin vətəndaşları arasından seçiləcək.

İlk prezident Qırğız Respublikasının vətəndaşları arasından təyin ediləcək. Mərkəzdə işlək dillər tərəflərin dilləri və ingilis dili olacaq. (virtualaz.org)

pia.az