Zərif: “İran Azərbaycanla yaxşı əlaqələrə malikdir”

"İran bölgədə Türkiyə, Azərbaycan, İraq, Pakistan və Əfqanıstanla yaxşı əlaqələrə malikdir"
###reklam250###

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran televiziyasına açıqlamasında qonşu ölkələrlə münasibətləri şərh edərkən deyib.

İrandakı iqtisadi duruma toxunan nazir qeyd edib ki, böhrana səbəb ABŞ-ın yaratdığı psixoloji mühitdir: “Qanuni sanksiyalar olmasa da, dollar yüksəlir”. (teleqraf.com)

pia.az