Əfqanıstanda kütləvi istefalar başladı

“Taliban” terror təşkilatının Qəznə şəhərinə hücumundan sonra Əfqanıstanda siyasi böhran yaşanır
###reklam250###

“Qafqazinfo” “Dünya bulletin”nə istinadən xəbər verir ki, təhlükəsizliyi qoruya bilmədikləri üçün ölkənin güc strukturlarının rəhbərləri istefa veriblər.

Belə ki, prezident Əşrəf Qaninin təhlükəsizlik üzrə müşaviri Hanif Atmar, daxili işlər naziri Veyis Bərmək, müdafiə naziri Tarık Şah Bəhrami və Kəşfiyyat İdarəsinin rəhbəri Məsum Estanikzey istefa ərizələrini imzalayıblar.

Prezident isə onlardan sadəcə Hanif Atmarın ərizəsini qəbul edib.

Qeyd edək ki, Qəznəyə iki həftə öncə edilən hücum zamanı 100 nəfər ölmüşdü.

pia.az