Ən çox qazanan aktyorlar - Siyahı

Corc Kluni “Forbes” jurnalının 2018-ci ildə ən çox pul qazanan aktyorlar siyahısında birinci yeri tutub
###reklam250###

57 yaşlı aktyorun gəliri vergidən əvvəl 239 milyon dollar təşkil edir.

Kluninin sərvəti digər qazancları və köhnə filmlərindən aldığı pullarla artır.

“Forbes” bu sıraya Britaniya şirkətinin Casamigos Tekila üçün ödəməyə hazır olduğu 1 milyard dolları da daxil edir. Bu şirkəti Kluni digər iki sahibkarla birlikdə 2013-cü ildə təsis edib.

Aktyorun sərvəti keçmiş filmlərindən və reklamlardan qazandığı pulları da əhatə edir. Sıralamada ekranda və ondan kənar qazanclar yer alır.

Dvayn “The Rock” Conson vergilərdən öncə 124 milyon dollar qazancla ikinci yerdə gedir.

“Forbes” Consonun 2017-ci ildə gəlirlərini ikiqat artmasına onun sosial media çox sayda həvəskarlarını əsas amil kimi görür. Bu, onun kontraktı sövdələşərkən qiymətini artırmaqda kömək edir.

Üçüncü yerə çıxmış Robert Douni Jr. 81 milyon dollar sahibdir. Ondan sonra sırada 64.5 milyonla Kris Hemsvort, 45.5 milyonla Cəki Çan gəlir. (amerikanınsəsi.org)

pia.az