İnternet haqqında 20 maraqlı fakt

1. İstifadəçilərinin sayının 50 milyona çatmasına radio üçün 38 il, televiziya üçün 13 il, internet üçün isə 4 il vaxt kifayət edib
###reklam250###

2. Dünyada təxminən 1,8 milyard insan internetdən istifadə edir.

3. Dünyada ilk kompyuter "Z1" adlandırılıb.

4. Hər 10 asiyalıdan biri internetdən istifadə edir.

5. İlk kompyuter "siçan"ı 1964-cü ildə Douq Engelbart tərəfindən icad edilib.

6. "Google" axtarış sistemi 4 sentyabr 1998-ci ildə yaradılıb.

7. 21 yaşlı gənclər orta hesabla ömürlərinin 5 000 saatını kompyuter oyunları oynamağa sərf edir.

8. İnternet yaranandan bəri qeydiyyatdan keçən ilk domen ünvanı "symbolics.com" olub.

9. Şimali Amerika materikində hər 100 nəfərdən 70-i internet istifadəçisidir.

10. Afrikada isə hər 100 nəfərdən yalnız 3-ü internetdən istifadə edir.

11. İnternet aləminin ən böyük video-paylaşım saytı olan "Youtube" 2005-ci ilin fevralında yaradılıb.

12. Hələ 2009-cu ildə bir ayda 4 milyona yaxın domen ünvanı qeydiyyatdan keçib.

13. Çində 360 milyon insan internet istifadəçisidir.

14. İlk internet brauzeri olan "Mozaic" 1993-cü ildə ictimaiyyətə təqdim edilib.

##relatedPost##

15. "Toys.com" domen ünvanı 2009-cu ildə 5.1 mln dollara satılıb.

16. Dünyada 20-yə yaxın ölkənin internetə çıxışı yoxdur.

17. "Google Chrome" brauzeri cəmi 3 il bundan öncə yaradılıb.

18. Son 12 ildə dünyada internet istifadəçilərinin sayı təxminən 12 dəfə artıb.

19. 28 mart 2011-ci ildə səsli və görüntülü ünsiyyət proqramı olan "Skype"da "online" istifadəçilərin sayı rekord həddə çatıb - 30 milyon nəfər.

20. 1 saniyədə "Facebook" sosial şəbəkəsinə 2300 şəkil yüklənir. (deyerler.org)

pia.az