"Komandaya daha çox xeyir qazandırmağa çalışacağam"

"Məşqçinin bütün təlimatlarını yerinə yetirməyə və komandaya daha çox xeyir qazandırmağa çalışacağam"
###reklam250###

Bunu Azərbaycan yığmasının üzvü, Samaranın "Krılya Sovetov" komandasının futbolçusu Ramil Şeydayev müsahibəsində bildirib.

O, Rusiya çempionu "Lokomotiv Moskva" ilə oyundan sonrakı təəssüratlardan danışarkən deyib ki, ilk oyuna çıxmaqdan çox məmnundur: "Amma 0-1 hesabı ilə uduzduğumuz üçün debütüm ikinci plana keçir. Qələbədə tamam başqa duyğular olardı. Üstəlik, oyunumuzdan razı qaldım".

R.Şeydayev həmçinin stadiona gələn azərbaycanlı azarkeşlərə də təşəkkür edib və onları stadiona tez-terz gəlməyə çağırıb.

Azərbaycan millisinin vurğulayıb ki, artıq yeni klubuna alışıb və "Krılya Sovetov"da oynamağından məmnundur. (report.az)

pia.az