Xadimə işlədiyi evdən pul oğurlayıb

Bakıda xadimə işlədiyi evdən pul və qızıl oğurlayıb
###reklam250###

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 5-dən avqustun 16-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 5000 manat və 15600 ABŞ dolları, habelə 3400 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Lənkəran şəhər sakini Günel Piriyeva saxlanılıb.

pia.az