Bakı metrosunda intihar

Bu gün Bakı metrosunda problem yaranıb
###reklam250###

Metronun “Elmlər Akademiyası” stansiyasında qatar platformada dayanıb və hərəkət etməyib. İşıqlar sönüb və qatar bir neçə dəqiqə hərəkətsiz qaldıqdan sonra içəridə olan sərnişinlər boşaldılıb.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-yə açıqlamasında bildirdi ki, bir neçə dəqiqə əvvəl metronun “Nizami” stansiyasında bir nəfər özünü qatarın altına atıb. Nəticədə stansiyada elektrin enerjisinin verilişi dayandırılıb.

Həmin istiqamətdə qatarların hərəkəti dayanıb. Bu səbəbdən də, “Elmlər Akademiyası” stansiyasında qatar hərəkət etməyib.

Özünü qatara atan şəxsin kimliyi məlum olub

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-yə açıqlamasında bildirib ki, həmin şəxs Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Tərlan Yusifovdur. Həmin şəxs özünü qatarın altına atarkən içkili olub. Tərlan Yusifov xəsarət almayıb. Onu təcili yardım həkimləri xəstəxanaya aparıblar.

pia.az