Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək

"Humanitar əməkdaşlıq Azərbaycanla əlaqələrimizin ən vacib hissəsidir. Xalqları və ölkələri humanitar əlaqələr kimi yaxınlaşdıran başqa bir şey yoxdur"
###reklam250###

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan və Rusiyanın bu istiqamətdə işlədiyi formatların artıq müəyyənləşdirildiyini xatırladan diplomat gələcəkdə humanitar əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

O qeyd edib ki, sentyabr ayında Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək, noyabr ayında isə Azərbaycanda Rusiyanın teatr kollektivlərinin iştirak edəcəyi beynəlxalq teatr festivalının keçirilməsi planlaşdırılır: "Daha geniş planda danışsaq, təhsil məsələrinin daxil olduğu humanitar əməkdaşlıq üzrə yol xəritəmiz var". (report.az)

pia.az