Dabo: “Kişilər danışmırlar...”
“Qafqazinfo” xəbər verir ki, fransalı hücumçu Topaz Premyer Liqasının II turunda “Qəbələ”yə qalib gəldikləri və qol vurduqları matçdan sonra şəxsi “İnstagram” hesabında maraqlı paylaşım edib. O, sosial şəbəkədə “Neftçi”nin formasında qol sevinci olan şəkili paylaşıb və onun üzərində “əsl kişilər danışmırlar, hərəkət edirər” sözlərini yazıb.
Fransalı futbolçu azarkeşlərin ilk turdakı sözlərinə də "İnstagram" səhifəsində cavab vermişdi. O, "Red Black Army"nin açdığı pankratı yerləşdirib və şəkilin üzərində düşündürücü "smile" qoymuşdu. Dabo bu paylaşımı ilə azarkeşlərin pankratını başa düşdüyünü və özünün hədəf seçildiyini anladığını işarə etmişdi.
Qeyd edək ki, Dabo "Qəbələ"yə 2016-cı ildə "Kreteil" klubundan transfer olunub. 30 yaşlı hücumçu yay transfer dönəmində "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.
pia.az