Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır

Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur
###reklam250###

Bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb.

Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır.

Nazir bildirib ki, Rusiya tərəfi qadağaya anlayışla yanaşıb. (report.az)

pia.az