ABŞ: “Suriya və İraqdan geri çəkilməyəcəyik”

ABŞ Suriya və İraqda anti-terror əməliyyatlarını davam etdirəcək
###reklam250###

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə mətbuat konfransı keçirən ABŞ liderliyindəki İŞİD əleyhinə koalisiyasının sözçüsü Sen Rayan belə deyib.

Rayan ABŞ-ın əsas məqsədinin İŞİD terror təşkilatının tamamilə zərərsizləşdirmək olduğunu bildirib:

“ABŞ İraq və Suriyada təhlükəsizliyin təmin edilməsi üçün bu bölgədəki varlığını davam etdirir. Buna görə də, İraq və bölgədəki hərbi fəaliyyətlərimizə fasilə verilməyəcək.

İraqdakı ABŞ hərbi qüvvələri lazım olan müddətə qədər bu bölgədə qalacaq”. (teleqraf.com)

pia.az