Tonlarla Azərbaycan gavalısını Rusiyaya buraxmadılar

Dağıstan Respublikasının Baytarlıq və Fitosanitariya üzrə Federal Xidməti bəzi məhsulların Azərbaycandan Rusiyaya keçirilməsinə icazə verməyib
###reklam250###

Bununla bağlı idarənin mətbuat xidməti məlumat yayıb.

Səbəb kimi əmtəə yüklərində karantin zərərli maddə olan Şərq güvəsinin aşkarlanması göstərilib.

Buna görə də “Yaraq-Qazmalar” keçid məntəqəsində aparılan yoxlamalar zamanı 37,5 ton gavalı geri qaytarılıb.

pia.az