Azərbaycanlı hakim Ermənistanın oyunlarını idarə edəcək

Azərbaycanlı FİFA referisi Yusif Nurullayevin avqustun 21-dən 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatları müəyyənləşib
###reklam250###

“C” qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da var. Referimiz avqustun 21-də Moldova - Ermənistan, avqustun 22-də isə Ermənistan - Belarus matçında hakimlik edəcək. (azvision.az)

pia.az