Koçaryanın villası və ofisində axtarış aparılıb

2008-ci il 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın villası və “Erebunu” mehmanxanasında yerləşən ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib
###reklam250###

Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Keçirilən axtarış-əməliyyat tədbirlərinin nəticəsi barədə hələ ki ictimaiyyətə ətraflı informasiya verilməyib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

Sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, Koçaryanla bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib. (azvision.az)

pia.az