Xatirə İslam: "Mətanətin videosunu polis çəkib"

Müğənni Xatirə İslam həmkarı Mətanət Əsədovanın sosial şəbəkələrdə yayılan qalmaqallı videosu ilə bağlı məlumat yayıb
###reklam250###

O, bildirib ki, videonu çəkən şəxs polis işçisidir:

“Eşidəndə ki, videonu çəkən polis işçisidir. Çox pis oldum. Polis adına ləkə yaraşmır. Bir anlıq gözümün qarşısına Azərbaycanın cəsur, canından keçən polisləri gəldi. Lazımi orqanlar bu məsələyə aydınlıq gətirməlidir”.

Qeyd edək ki, sözügedən videoda Mətanət Əsədovanın içki içməsi və yanında nalayiq ifadələrin işləndiyi kadrlar yer alıb. (oxu.az)

pia.az