Rusiyada yol qəzası: 3 ölü

Rusiyanın Yəhudi Muxtar Vilayətində yük maşını ilə minik avtomobili toqquşub
###reklam250###

Toqquşma nəticəsində 3 nəfər həlak olub. Həlak olanlar minik avtomobilinin sürücüsü və iki sərnişin olub. Yük maşınının sürücüsü xəsarət almayıb.

Məlumata əsasən, yol qəzası avqustun 19-u "Çita-Xabarovsk" avtomobil yolunun 1880-cı kilometrində baş verib.

İlkin məlumata əsasən, toqquşmaya səbəb minik avtomobilinin qarşı zolağa keçməsi olub. (trend)

pia.az