İranın müdafiə naziri ölkəsinin Azərbaycanla münasibətləri haqda

İranın Azərbaycan, Türkiyə, Əfqanıstan və Pakistanla əlaqələri qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənib
###reklam250###

Bu bəyanatla dövlət televiziyasında İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi çıxış edib.

Onun sözlərinə görə, İran qonşu ölkələrə qarşı səmimi siyasət həyata keçirir. Son zamanlar qonşu ölkələrə təşkil olunan səfərlərə toxunan Əmir Hatəmi səfərlərin nəticəsini yüksək qiymətləndirib: "Bununla diplomatiya və xarici siyasətə dəstək veririk. Baş Qərargah rəisi də bir çox qonşu ölkələrə səfər edərək müsbət və faydalı görüşlər keçirib".(virtualaz.org)

pia.az