Qara pomidor

Qeyri-adi meyvə-tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini Aydın Sulxayev bostanında əkdiyi qara pomidorla görənləri təəccübləndirib
###reklam250###

O, Ukraynadan gətirdiyi sortu öz bağında yerli iqlimə uyğunlaşdırıb.

Onun sözlərinə görə, qara pomidor geni dəyişdirilmiş deyil. Yəni selleksiya üsulu ilə əldə edilib.

İxtisasca aqranom olan A.Sulxayev həyətində yüzlərlə bitki becərir, qeyri-adi güllər, meyvə və tərəvəzlər əldə edir. O, 20-dən çox bitki növünü xaricdən Azərbaycana gətirərək, yerli iqlim şəraitinə uyğunlaşdırıb.(Xəzər TV)

pia.az