Polşada ukraynalıları aparan avtobus aşıb: 3 ölü, xeyli sayda yaralı

Polşada ukraynalıları aparan avtobus qəzaya uğrayıb
###reklam250###

Ekskursiya avtobusu ölkənin Karpataltı vilayətində yamaca aşıb. Nəticədə 3 nəfər ölüb, 51 nəfər xəsarət alıb.

Ukrayna qeydiyyatında olan avtobus Lvovdan turistləri Slovakiya sərhədinə aparırmış. Nəqliyyat vasitəsində uşaqlar da olub.

Yaralılardan 9-nun vəziyyəti ağırdır.(Trend)

pia.az