"Kaspiyskdə HDD bazasının tikilməsi vacibdir" – Şoyqu

Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Dağıstanın Kaspiysk şəhərində tam fəaliyyət qabiliyyətli hərbi-dəniz donanması bazası yaradılacaq
###reklam250###

«Kaspiyskdə mühəndis, naviqasiya-hiroqrafik və material-texniki təchizat sistemləri olan hərbi-dəniz bazası yaradılmalıdır» – deyə, «İnterfaks» agentliyi Şoyqudan sitat gətirir.

Nazir qeyd edib ki, burada vacib məsələ təmirin təşkili və Xəzər flotiliyası gəmilərinə servis qulluğunun təşkilindən ibarət olacaq. Eyni zamanda, bölgədə gəmi təmiri güclərinin artırılması da nəzərdə tutulur.

pia.az