“Türkiyə amerikalı rahibi Gülənlə dəyişdirə bilər” – Dövlət Baxçalı

“ABŞ Ankaraya Fətullah Güləni təhvil versə, Türkiyə Vaşinqtona terrorçuluqda ittiham olunan amerikalı rahib Endryu Bransonun verilməsi məsələsinə baxa bilər”
###reklam250###

“Anadolu” xəbər verir ki, belə bəyanatla Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı çıxış edib.

Müxalifətin əsas simalarından biri qeyd edib ki, Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında bu gün türk lirəsini süquta uğratmaq istəyən qüvvələr dayanırdı.

“Açıq deyirəm: Türkiyədə iqtisadi böhrandan söhbət gedə biulməz. Türkiyə iqtisadiyyatı təcavüzə məruz qalıb”, – Baxçalı deyib.

Siyasətçi Türkiyə hökumətinin ABŞ-a qarşı cavab sanksiyalarını dəstəklədiyini də bildirib.(virtualaz)

pia.az