Türkiyədə PKK terrorçuları karxanaya hücum ediblər

İki əsgər yaralanıb
###reklam250###

Türkiyənin Adıyaman vilayətində PKK terrorçuları mərmər karxanasında çalışan işçilərə hücum ediblər.

Azərtac xəbər verir ki, bölgədə təhlükəsizliyə cavabdeh olan hərbçilər hadisə yerinə gələrkən terrorçular yolu partladıblar. Hadisə nəticəsində iki əsgər yaralanıb.

pia.az