Hacı Nuran Həcc ziyarətinə getdi

Aparıcı Hacı Nuran Hüseynov Həcc ziyarətinə yollanıb
###reklam250###

Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda özü xəbər verib. O bildirib ki, artıq yola çıxıb.

“Həcc ziyarəti başladı. Ziyarət təkcə "hacı" titulu deyil, bu, mənəvi təmizlənmə, Allahdan yardım istəmə və yardım etməyə güc istəməkdir. Allahdan bütün xəstələrimizə cansağlığı dua edəcəm. Hamınıza heç zaman ümidinizi itirməməyi diləyirəm. O, böyükdür və hər şeyə qadirdir” deyə, Hacı Nuran paylaşımında yazıb.

Qeyd edək ki, aparıcı bundan əvvəl də bir neçə dəfə Həcc ziyarətində olub.

pia.az