Çempionlar Liqasında "play-off" cütləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında "play-off" mərhələsinin bütün cütlükləri müəyyənləşib
###reklam250###

PİA.AZ Goal.az-a istinadən xəbər verir ki, "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belarus BATE-si Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.

Türkiyənin "Fenerbahçe" komandasını iki oyunun nəticəsinə görə üstələyən Portuqaliya "Benfica"sı Yunanıstanın PAOK klubunun müqavimətini qırmağa çalışacaq.

"Play off" mərhələsinin ilk görüşləri 21-22 avqustda, cavab matçları isə 28-29 avqustda keçiriləcək. ÇL-in "play-off"unun 6 qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

Çempionlar Liqası, "play-off" mərhələsi

"Crvena Zvezda" (Serbiya) - "Salzburg" (Avstriya)BATE (Belarus) - PSV (Hollandiya)"Young Boys" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya)"Videoton" (Macarıstan) - AEK (Afina, Yunanıstan)"Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan)"Ajax" (Hollandiya) - "Dynamo" (Kiyev, Ukrayna)

pia.az