“Tehran hökuməti ilə dialoqa hazırıq”

“Amerika administrasiyası İranın ali dini lideri Əli Xameneinin Vaşinqtonla danışıqların aparılması mümkünlüyünü faktiki olaraq istisna edən bəyanatına baxmayaraq, Tehran hökuməti ilə dialoqa hazırdır”
###reklam250###

Bunu bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi TASS-a ayətulla Xameneinin bəyanatını şərh edərkən deyib.

“Dövlət katibinin dediyi kimi, prezident təxirəsalınmaz milli təhlükəsizlik məsələlərinin həlli yollarını tapmaq üçün İranla dialoq aparmağa hazırdır”, – deyə Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi bildirib/Report.

pia.az