"Qəbələ" "Səbail"i böyük hesabla məğlub edib

Topaz Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib
###reklam250###

 Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. Daha 2 qol fasilədən sonra vurulub. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov, 81-ci dəqiqədə isə yeni transfer Ceyms Adeniyi fərqlənib.Bununla da "Qəbələ" Premyer Liqada ilk böyük hesablı qələbənin müəllifi olub. Yay fasiləsində məşqçilər heyəti və bir çox futbolçusunu yeniləyən "Səbail" isə ağır məğlubiyyətlə üzləşib.Qeyd edək ki, turun açılış oyununda "Neftçi" səfərdə "Sumqayıt"ı yenib - 2:0.

***  Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti görüşü Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Səbail" arasında keçirilir."Report"un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanı çox az sayda azarkeş izləyir. Onların arasında qonaq tərəfdarlar da var.

Matçdan əvvəl komandaların kapitanları Ürfan Abbasovla Rahid Əmirquliyev dövlət himninin sədaları altında Azərbaycan bayrağını qaldırmağa yollanıblar. Bu zaman Əmirquliyev bayrağı ucaltmağı gənc Abbasova həvalə edib. Daha sonra o, himni oxumaması ilə diqqət çəkib. Təcrübəli yarımmüdafiəçi daha əvvəl Azərbaycan millisinin oyunu zamanı da himni oxumadığı üçün tənqidlərlə qarşılaşmışdı.

Komandaları heyətləri: "Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov (K), 88. Sabien LilayEhtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 99. Abbas Ağazadə, 25. Əmrah ZülfüqarlıBaş məşqçi: Sənan Qurbanov"Səbail": 1. Emil Balayev, 4. Enrike Mura, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 16. İqor Korotetski, 22. Edqar Paşeko, 28. Kevin Kubemba, 33. Tone Kitanovski, 99. Maudo JarjueEhtiyat oyunçular: 30. Fərhad Vəliyev, 25. Elxan Əhmədov, 27. Emil Martinov, 26. Kamal Qurbanov, 21. Murtuz Abakarov, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 88. Orxan Qurbanlı, 70. Ürfan İsmayılovBaş məşqçi: Aftandil HacıyevQeyd edək ki, hazırda "Qəbələ" öndədir - 1:0. Yeganə topu 21-ci dəqiqədə Asif Məmmədov vurub.(report)

pia.az